Ronaldo onunla şəkil çəkdirmək istəyən azarkeşə əsəbiləşdi

  • 12.12.2019
  • 0

Çempionlar Liqasının qrup mərhələsinin son turunda keçirilən "Bayer" - "Yuventus"  (2:0) görüşündən azarkeşlərdən biri Ronaldo ilə şəkil çəkdirmək istəyib.


Offsideplus.az xəbər verir ki, oyun bitən kimi meydana daxil olan azarkeş Ronaldoya tərəf qaçaraq, arxadan onu qucaqlayıb şəkil çəkdirmək istəyib. Həmin vaxt Ronaldo komanda yoldaşları ilə qələbə sevincini bölüşdüyündən fanatın ona yaxınlaşdığını görməyib. Stüard azarkeşi Ronaldodan uzaqlaşdırarkən Ronaldo boynunu tutub. Həmişə belə məsələrdə azarkeşləri qırmayan ulduz futbolçu azarkeşin bu davranışından sonra onun şəkil çəkdirməyib, əsəbi halda əllərini yelləyib. Bir müddət də əli ilə boynunu tutub.

Nə düşünürsən?