Video portaldan isitifadə sazişi

1. Bu istifadəçi sazişi (bundan sonra “saziş”) material və məlumatların yüklənməsi, yerləşdirilməsi, baxılması, digər əməliyyatlar üçün imkan yaradan “bax.tv” (bundan sonra “inzibatçı”) servisinin inzibatçısı - Media Çalışmaları MMC (yerləşdiyi ünvan: Azərbaycan Respublikası, AZ1008, Bakı ş., Ü. Bünyadzadə küçəsi, ev 2 ) ilə bax.tv imkanlarından istifadə edən fiziki şəxs (bundan sonra “istifadəçi”) arasında münasibətləri tənzimləyir.

Saytdan istifadə edərkən istifadəçi bu sazişi oxuduğunu və onun şərtləri ilə tanış olduğunu bildirir, həmçinin istifadəçi saytdan azərbaycan respublikası qanunvericiliyinin müddəalarına müvafiq olaraq istifadə edəcəyinə, inzibatçının təqdim etmədiyi üsullar ilə saytın informasiya və funksiyalarından istifadə etməyəcəyinə dair öhdəlik götürür.

İstifadəçi sazişin şərtləri ilə razı olmadığı halda istifadəçi (sazişin 3.8. Bəndinə bax) qeydiyyatını ləğv etməli, saytdan istifadəsini dayandırmalıdır.

İnzibatçı istifadəçiyə bax.tv-nin istifadə prosesi və üsulları ilə əlaqədar informativ materialları, ismarışları və xəbərdarlıqları göndərmək hüququna malikdir. İstifadəçi bax.tv-nin imkan yaratdığı halda inzibatçının bəzi bildiriş və xəbərlərini almaqdan imtina edə bilər.

İstifadəçi inzibatçıya bu xahişlə müraciət etdiyi halda, inzibatçının müraciətdə göstərilən məlumatı təsdiqləyən sənədləri tələb etmək hüququ var. İstifadəçi tələb olunan sənədləri təqdim etmədiyi təqdirdə, inzibatçı istifadəçinin müraciəti ilə əlaqədar hər hansı addımı atmamaqda sərbəstdir.  

  1. Sazişdə istifadə edilən terminlər:
    • tv – qeyri-müəyyən sayda şəxsdən ibarət qrupa informasiya təqdim edən və bu informasiyaya istənilən şəxsə istənilən vaxt və istənilən məkandan naqilsiz, portativ qurğulardan (kpk, telefon aparatlar və ya digər naqilsiz əlaqə şəbəkələri) istənilən texnologiyalardan, standart və protokollardan (web, wap, ip tv və s.) Çıxış yaradan, eləcə də konkret mobil əməliyyat sistemləri üçün (ios, android, windows phone və s.) Işlənmiş ehm proqramları, audio, video və audio-vizual yazıların ehm üçün proqramlar vasitəsilə sərbəst və ya əlavə qurğudan istifadə edərək internet şəbəkəçilərinin diqqətinə çatdıran inzibatçının inteqrasiyalı proqram-aparat texnoloji kompleksidir.
    • Bu sayt bax.tv-nin, proqram-aparat və texniki vasitələrin inteqrasiyasını, eləcə də mətn, qrafik, video, səs və ya digər formada ifadə edilən informasiyanı qlobal internet şəbəkəsində və unikal (url): bax.tv ünvanında təqdim edən bir hissəsidir.
    • Embed – html-kod vasitəsilə saytın pleyerinə keçid olan, üçüncü şəxslərin internet-saytlarına keçmədən materialların nümayişini təmin edən əsas hissədir.
    • Müəllif – bax.tv-nin əlavə imkanlarından istifadə məqsədi ilə saytda qeydiyyatdan keçmiş istifadəçi. Bax.tv inzibatçısı ilə müqavilə bağlayacaq yaşda olan istənilən istifadəçi müəllif ola bilər.
    • Materiallar – müəllif tərəfindən bax.tv-yə yüklənmiş (yerləşdirilmiş) audio, video və digər (multimedia) materialları (o cümlədən audiovizual əsərlər).
    • İnformasiya – müəllif tərəfindən bax.tv-yə yüklənmiş (yerləşdirilmiş) qrafik və mətn materialları (o cümlədən user-pik, şərh, mətn və s.).
    • Hüquq sahibi – inzibatçıya audiovizual materialların orijinalını təqdim etmiş və bu audiovizual materialların sahibi olan, qarşılıqlı fəaliyyət və əməkdaşlıq çərçivəsində onların istifadəsinə haqqı olan hüquqi və ya fiziki şəxsdir.
    • Sistem – audiovizual əsərləri hüquq sahibi tərəfindən təqdim edilən orijinal əsərlər ilə müqayisə edən, bu materialların işlənməsini təmin edən ehm proqramıdır.
    • Kanal – saytın konkret müəllifə qeydiyyatdan sonra təqdim edilən bölməsidir. Burada müəllif material və ya informasiyanı yerləşdirə və ya silə bilər, bax.tv və saytın texniki imkanları çərçivəsində müxtəlif fəaliyyət göstərə bilər.
  2. Müəllif bu saziş və inzibatçı ilə müəyyənləşdirilmiş şərtlər çərçivəsində materialın və/və ya informasiyanın yerləşdirilməsini həyata keçirir.
  3. İstifadəçinin qeydiyyatı və hesabı:

3.1  bax.tv-nin, siyahısı inzibatçı tərəfindən birtərəfli şəkildə müəyyən edilən əlavə servislərindən (əsasən, material və informasiyanın yükləmə, saxlama, yerləşdirmə və təsnifləşdirməsi) istifadə üçün istifadəçi saytda “qeydiyyat” bölməsində müvafiq xanaları dolduraraq qeydiyyatdan keçməlidir.

3.2    istifadəçi səhifəsinə login (elektron ünvan) və şifrə vasitəsilə daxil olur.

3.3    qeydiyyat zamanı istifadəçi sərbəst olaraq logini göstərir.

3.4    qeydiyyat prosesinin başa çatması üçün istifadəçi “mən istifadəçi sazişinin və məxfilik siyasətinin şərtlərini qəbul edirəm” düyməsini basmalıdır.

3.5     bax.tv avtomatik olaraq müvəqqəti şifrə, konkret istifadəçi üçün xüsusi olaraq yaradılmış keçid ilə birgə saytda öz profilinə çıxış üçün istifadəçinin qeydiyyat zamanı yazdığı elektron ünvana yönəldir. Müvəqqəti şifrə və müvəqqəti keçid istifadəçiyə göndərildiyi andan etibarən 7 təqvim günü ərzində etibarlıdır. Saytda avtorizasiya üçün müvəqqəti şifrənin istifadəsi və ya müvəqqəti keçid vasitəsilə sayta çıxış faktı istifadəçinin saytdan istifadə hüququnu təsdiq edir.  

3.6    qeydiyyat başa çatdıqdan sonra müəllifə müvəqqəti şifrəni dəyişdirmək tövsiyə edilir.

3.7    saytda materialların yerləşdirilməsi və saxlanması, eləcə də bax.tv-nin təqdim etdiyi digər servislərdən istifadə istifadəçinin qeydiyyatı başa çatdırmasından sonra mümkündür. Müəllifin qeydiyyat prosesində və bax.tv servislərindən istifadə zamanı bax.tv-yə məlum olan şəxsi məlumatı, məxfilik siyasətinə müvafiq olaraq işlənir və inzibatçı tərəfindən saxlanılır.

3.8     müəllif saytdakı şəxsi qeydiyyatını istədiyi vaxt redaktə və ləğv edə bilər.      

  • Hesabın silinməsi aşağıdakı qaydalar üzrə həyata keçirilir:
  • Müəllif saytın “profil” bölməsində “hesabı sil” düyməsini basır. Bu düymə basıldıqdan dərhal sonra hesab avtomatik olaraq 30 gün ərzində blok edilir, bu müddət ərzində müəllifin yerləşdirdiyi material və informasiya, eləcə də digər məlumatları silinmir, amma digər müəllif və istifadəçilər üçün bağlı olur;
  • İstifadəçi öz qeydiyyatını saytdakı hesabda göstərilən informasiya əsasında (login və şifrə) yuxarıda göstərilən 30 gün ərzində bərpa edə bilər. Bundan sonra istifadəçinin hesabı bərpa edilir, informasiya və məlumatlara (sazişin şərtlərini pozan, azərbaycan respublikasının qüvvədə olan qanunvericilik müddəalarını pozan məlumat və informasiya istisna olmaqla) çıxış isə bloka qədər ki səviyyədə olur;
  • Əgər sözü gedən 30 gün ərzində istifadəçinin hesabı bərpa olunmazsa, müəllifin bütün materialları, informasiya və şəxsi məlumatları sonradan bərpa olunmayacaq.

3.10    müəllif sonuncu istifadədən sonra 12 təqvim ayı ərzində hesabından istifadə etmədiyi, eləcə də sazişdə nəzərdə tutulmuş digər hallarda inzibatçının bu hesabı blok və ləğv etmə hüququ mövcuddur. 

  1. Müəllif cavabdehdir: müəllif hesabın istifadəsi zamanı həyata keçirilən bütün proseslər üçün cavabdehlik daşıyır və bu hesabın şifrəsinin məxfiliyi üçün məsuliyyət daşıyır. Məxfilik rejiminin pozulduğuna dair şübhə yarandığı halda dərhal tədbir görməlidir. Müəllif seçdiyi şifrənin təhlükəsizliyi üçün məsuliyyət daşıyır, eləcə də şifrəsinin məxfiliyini sərbəst şəkildə özü təmin edir. Müəllif onun hesabı altında həyata keçirilən fəaliyyət üçün məsuliyyət daşıyır, bura müəllifin könüllü olaraq istənilən şərtlər altında üçüncü şəxslərə hesaba çıxışın verilməsi də daxildir. Bununla yanaşı sayt çərçivəsində müəllifin hesabında bütün addımlar müəllif tərəfindən həyata keçirildiyi hesab edilir. Yalnız müəllif bu saziş çərçivəsində nəzərdə tutulmuş qaydada inzibatçını onun hesabı vasitəsilə sayta giriş barədə xəbərdarlıq etdiyi hal istisna edilir.
  2. Material və informasiyanın yerləşdirilməsi şərtləri:

5.1. Müəllifə saytda inzibatçı tərəfindən yerləşdirilmiş xüsusi müddəalarda nəzərdə tutulmadığı halda yerləşdirilmiş material və informasiya üçün heç bir mükafat verilmir.

5.2.   Bax.tv-də sayt vasitəsilə material və informasiya yerləşdirən müəllif, yerləşdirmə anından etibarən inzibatçıya sadə lisenziya əsasında material və informasiyanın və ya onların müxtəlif hissələrində istənilən üsul və formada, gələcəkdə peyda ola biləcək istənilən texniki vasitə ilə istifadə hüququnu verir. Bura həmçinin material, informasiya, eləcə də onların müxtəlif hissələrinə bax.tv üçün mümkün olan servislər çərçivəsində (ip tv və digər), eləcə də qlobal internet şəbəkəsində yerləşdirilmiş digər internet-resurslarda embedlərin yerləşdirilməsi vasitəsilə geniş çıxış verilməsi daxildir. Beləliklə də istənilən şəxsin materiallara istədiyi vaxt ehm və ya digər naqilsiz portativ qurğunun yaddaşında saxlamadan, texniki üsullardan (video on demand), abunə video sorğusu (subscriber video on demand), bənzər video sorğusundan (near video on demand), ödənişli ünvanlı nümayiş (pay per view) və s. O cümlədən iptv, isdn, wap, analoq və rəqəmsal telekommunikasiya sistemlərindən istifadə etmədən çıxışı olacaq. Sözügedən material, informasiya və ya onların istənilən hissələrinin digər audiovizual əsərlərin tərkibinə daxil edilərək, audiovizual əsərlərin yaradılması və materialları birləşdirilərək bütün dünya ərazisində efirə verilə bilər.

5.3.   Müəllif inzibatçı tərəfindən üçüncü şəxslərə materialdan istifadə haqqını verməsi ilə razılaşır. Bura ödənişli və ödənişsiz istifadə daxildir.

5.4.   İnzibatçı saytda müəllifin material və informasiyasını yerləşdirmək, eləcə də üçüncü şəxslərin reklam materialları, video-çarxlar, banner və elanlarla birgə bax.tv vasitəsilə nümayiş etdirmək, həmçinin materialları digər kommersiya məqsədilə istifadə etmək hüququna malikdir.

5.5.    İnzibatçı müəllifə yerləşdirdiyi material və informasiyanın istifadəsinə dair hər hansı hesabat və/və ya məlumatın təqdim etməsi hüququna malik olsa da buna məcbur deyil.

5.6.  Müəllif, materiallardan istifadəyə, o cümlədən materiallardan bu sazişin şərtlərinə müvafiq olaraq onlardan istifadəyə razılıq verməyə dair bütün hüquqlara malik olduğuna, zəmanət verir və onların yerləşdirilməsi və istifadəsi üçün məsuliyyət daşıyır. Müəllif zəmanət verir ki, material və informasiyanın bax.tv-də yerləşdirilməsi, gələcəkdə onlardan istifadə digər şəxslərin hüququnun pozulmasına gətirib çıxarmır, müəllif, əlaqəli, patent hüquqlarını məhdudlaşdırmır, şəxslərin şərəf və ləyaqəti, onların işgüzar nüfuzuna, şəxsi həyatına və qanunla qorunan digər məxfi məlumatların rejiminə heç bir xələl gətirmir.  

5.7.  İnzibatçıda müəllifin yerləşdirdiyi material və ya informasiyanın (o cümlədən bu faktın sistem tərəfindən aşkar edildiyi halda) sahiblik hüququna malik olmadığına, və ya bu material və/və ya informasiyanın üçüncü şəxslərin qanuni hüquq və ya maraqlarını pozduğuna, bu informasiya və/və ya materialın sazişin və ya azərbaycan respublikası qanunvericiliyinin tələblərinə zidd olduğuna dair şübhə yarandığı halda inzibatçı öz qərarı ilə bax.tv-dən müvafiq material və/və ya informasiyanı silə və yaxud da hüquq sahibinin sistemin funksionallığından irəli gələrək material və/və ya informasiyaya dair razılaşdırılmış addımı ata bilər. Bununla yanaşı yuxarıda sadalanan addımlar, material və/və ya informasiyanın silinməsinə və ya bu addımların atılmasına sövq edən səbəblər barədə inzibatçı müəllifi xəbərdar etməyə məcbur deyil. Sazişin bu müddəası inzibatçının üzərinə bax.tv-də material və/və ya informasiyaya mütəmadi moderasiya üzrə məsuliyyəti kimi şərh edilə və bu cür təfsir edilə bilməz. İnzibatçı həmçinin sazişin şərtləri ilə birbaşa qadağan edilməmiş, amma inzibatçı tərəfindən birmənalı olmayan, azərbaycan respublikası qanunvericiliyi müddəalarına müvafiq olmayan material və/ və ya informasiyanın bax.tv-dən birtərəfli şəkildə silmək haqqını özündə saxlayır.

5.8.   Əgər inzibatçıya bu sazişin şərtlərinin pozulduğu məlum olarsa, inzibatçı belə qayda pozulmasına dair qərar qəbul edərək material və/və ya informasiyanın silmə və yaxud da istifadəçinin material və/və ya informasiyaya çıxışına məhdudiyyət qoyma haqqını özündə saxlayır. İstifadəçi sazişin şərtlərini və ya azərbaycan respublikası qanunvericiliyinin müddəalarını pozarsa, inzibatçı istədiyi şəkildə bu istifadəçinin bax.tv servislərinə çıxışına məhdudiyyət qoya bilər.

5.9.  Material və/və ya informasiyanın qanunsuz köçürmə və ya istifadəsi üçün məsuliyyəti bax.tv-də yerləşdirilmiş materiallardan qanunsuz istifadə edən şəxslər daşıyır.

5.10.   Saytda material və/və ya informasiya yerləşdirərkən müəllifin qeydiyyat zamanı yazdığı təxəllüsü (nik) göstərilir. Müəllifin niki qeyri-normativ leksika və ifadə, təhqiramiz olmamalı, üçüncü şəxslərin qanuni hüquq və maraqlarını pozmamalıdır.

5.11.  Bax.tv-də yerləşdirilmiş material və informasiya aşağıdakı şərtlərə müvafiq olmalıdır:

5.11.1. Müəllifin material, informasiya və fəaliyyəti azərbaycan respublikası qanunvericiliyinin müddəalarını pozmamalı, üçüncü şəxslərin mənəviyyat, şərəf və ləyaqətinə toxunmamalı, müəllif və əlaqəli hüquqları pozmamalı, nifrəti və/və ya insanları irq, etnik, cinsi, sosial əlamətlər üzrə diskriminasiyanı təbliğ etməməli, dini, irqi və millətlərarası münaqişələrə vasitə olmamalı, heyvanlara qarşı qəddar davranış və ya zorakılıq səhnələri olmamalıdır;

5.11.2. Müəllifin material, informasiya və ya fəaliyyəti yetkinlik yaşına çatmayanların hüquqlarını pozmamalıdır;

5.11.3. Müəllifin qanun və ya hər hansı bir müqaviləyə görə paylaşma hüququ olmadığı material, informasiyanın yerləşdirilməsi qadağandır;

5.11.4. Hər hansı patenti, əmtəə nişanını, kommersiya sirrinə və ya müəllif hüququna xələl gətirən material və informasiyanın yerləşdirilməsi qadağandır;

5.11.5. Müəllifin bezdirici və lazımsız reklamı, spamı, “xoşbəxtlik məktublarını”, maliyyə piramidalarında iştirak etməyə dəvətləri və ya hər hansı mal və xidmətlər barədə informasiyanı yükləmək, yerləşdirmək hüququ yoxdur;

5.11.6. İstənilən kompüter və ya telekommunikasiya avadanlığının fəaliyyətinə mane olan, məhv edən və ya fəaliyyəti məhdudlaşdırmaq üçün nəzərdə tutulan kompüter kodları, eləcə də kommersiya proqramlarına, login, şifrə və internet resurslara qanunsuz giriş üçün vasitələrin seriya nömrələrinin yerləşdirilməsi qadağandır;

5.11.7. Müəllifin material, informasiya və fəaliyyəti azərbaycan respublikasının və ya beynəlxalq hüquq-normativ aktlarını bilərəkdən və ya bilməyərəkdən pozmamalıdır;

5.11.8. Material və informasiya narkotik vasitələri təbliğ etməməlidir;

5.11.9. Müəllif zərər gətirə biləcək, təhdidlərdən ibarət, söyüş, kobud və ya təhqiramiz ifadələri, ümumi mənəviyyat normalarına zidd olan, üçüncü şəxslərin şəxsi məlumatlardan qanunsuz istifadə edildiyi (sahibin razılığı olmadan adlardan, ünvan, telefon və ya digər informasiya) material və informasiyanı yerləşdirməyə haqqı yoxdur;

5.11.10. Pornoqrafik xarakterli material və informasiyanın yerləşdirilməsi qadağandır;

5.12.11. Qüvvədə olan qanunvericiliyə görə internet informasiya ehtiyatında yayılması qadağan edilən digər məlumatlar yerləşdirilməməlidir.

5.12. İstifadəçinin digər istifadəçilərin şəxsi məlumatını toplamaq və saxlamaq haqqı yoxdur. İstifadəçi bax.tv-dən kommersiya məqsədilə materialların toplamayacağına və digər istifadəçiləri kommersiya məqsədi ilə sorğuya çəkməyəcəyinə dair öhdəçilik götürür.

5.13. İstifadəçi özünü başqası kimi qələmə verməyə və ya hüquqi əsas olmadan təşkilat, icma nümayəndəsi kimi çıxış etməyə haqqı yoxdur.

5.14. İnzibatçı müstəqil şəkildə özü istədiyi formada istifadəçini xəbərdar etmədən informasiya əlaqələri, istifadəçini yaş və ya digər məhdudiyyətlər barədə xəbərdar edən bildirişləri yarada bilər, həmçinin hər hansı material və/və ya informasiyaya çıxışı məhdudlaşdıra bilər. İnzibatçı həmçinin üçüncü şəxslərə dair təhqiramiz hesab etdiyi hər hansı sözü və ya ifadəni silə, eləcə də ifadəni əvəz edə bilər, eləcə də material və informasiyaya azərbaycan respublikasınının qanunvericiliyinə müvafiq olaraq dəyişiklik edə bilər.

5.15. İstifadəçilər bax.tv-də üçüncü şəxslər, o cümlədən digər istifadəçilər və inzibatçı tərəfindən yerləşdirilmiş material və informasiyanın köçürməyəcəyinə, nümayiş etməyəcəyinə, yaymayacağına, satmayaçağına, lisenziyalaşdırmayacağına və ya digər şəkildə istifadə etməyəcəyinə dair öhdəçilik götürür. İstisna yalnız bu saziş ilə nəzərdə tutulmuş imkanlar təşkil edə bilər.

5.16. Bu sazişin şərtlərini qəbul edərkən istifadəçi qeydiyyat zamanı təqdim etdiyi, eləcə də şəxsi səhifəsində yerləşdirdiyi şəxsi məlumatlarının inzibatçı tərəfindən işlənməsinə razılıq verir. İstifadəçinin şəxsi məlumatlarının işlənməsi azərbaycan respublikasınının qanunvericiliyinə və məxfilik siyasətinə müvafiq olaraq aparılır.

5.17. İnzibatçı material və informasiyanın məzmunu, eləcə də onların cari normativ-hüquqi aktların tələblərinə müvafiq olması, müəllif hüquqlarının pozulması, əmtəə nişanlarının, kommersiya nişanlarının qanunsuz istifadəsi və s., həmçinin bax.tv-də məlumat və/və ya informasiyanın yerləşdirilməsi ilə əlaqədar üçüncü şəxslərin hüquqlarının pozulmasının mümkünlüyü üçün məsuliyyət daşımır. Üçüncü şəxslər tərəfindən material və informasiyanın bax.tv-də yerləşdirilməsi və/və ya istifadəsinə irad daxil olduqda, müəllif müstəqil şəkildə və öz hesabına iradları nizamlayır. İnzibatçı həmçinin istifadəçiyə üçüncü şəxslər tərəfindən, o cümlədən bax.tv vasitəsilə, bax.tv imkanlarından istifadə edilərək vurulan zərər üçün məsuliyyət daşımır.

5.18. İnzibatçı bax.tv-nin fasiləsiz fəaliyyətini təmin etməyə çalışır, müəllif tərəfindən yüklənmiş material və informasiyanın tamamən və ya qismən məhv olması, material və informasiyanın yüklənməsi və nümayişi üçün təqdim edilən keyfiyyət və sürətin yetərli olmamasına görə məsuliyyət daşımır.

5.19.  İnzibatçı müəllifə özü barədə: saytda istifadəçi adı, loqotip, əmtəə nişanları, müəllifin digər fərdiləşdirmə vasitələrinin, onun mallarının, müəllifin malları haqqında qısa məlumatı, müəllifin rəsmi saytına keçid və müəllifin şəkli kimi informasiyanı yerləşdirmək hüququnu verir. Bu məlumat müəllifin və ya onun mal və xidmətlərinin reklamı deyil, bu bax.tv-də sırf onun yerləşdirdiyi material və informasiya ilə eyniləşdirmə üçündür. Müəllif saytda yerləşdirdiyi istənilən məlumat və informasiya üçün müstəqil şəkildə məsuliyyət daşıyır.

5.20. Müəllif ba.xtv-ə yerləşdirdiyi material və/və ya informasiyanı müstəqil şəkildə istənilən vaxt tamamən və ya qismən silə bilər.

5.21. Müəllif müstəqil şəkildə digər istifadəçilər tərəfindən onun kanalında yerləşdirilmiş informasiyaya nəzarət edir və müstəqil şəkildə şərhlər vasitəsilə bu sazişin şərtlərinin və ya azərbaycan respublikasının qüvvədə olan qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. İstifadəçilər tərəfindən bu sazişə, azərbaycan respublikasının qanunvericiliyinə zidd olan şərh yerləşdirdiyi halda müəllif qısa bir zaman ərzində bu barədə info@bax.tv elektron ünvanına məktub yazaraq, həmin materialın keçidini də qeyd edərək inzibatçıya xəbərdarlıq etməlidir.

5.22. Müəllif saytda material və informasiya yerləşdirdiyi zaman bu material və informasiyanın məzmunu üçün məsuliyyət daşıdığı, üçüncü şəxslərin maraqlarının, azərbaycan respublikası qanunvericiliyinin pozulmasına dair bütün irad və tələblərini həll etmək üçün tədbirlər görməyə dair öhdəçilik götürməklə razılaşır.

5.23.  Hər bir müəllif, ona təqdim edilən kanalın sahibi kimi, onun kanalından istifadə etmiş və orada şərh yazmış istifadəçilərin sayı ilə bağlı azərbaycan respublikası qanunvericiliyində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirir. 

  1. Üçüncü şəxslərin saytları, kontent:

6.1 saytda istifadəçilərə digər internet-saytlara və/və ya həmin resurslarda yerləşdirilmiş audio/video/mətn materiallara keçidə imkan verən keçid/düymələr olur. Bax.tv inzibatçısı tərəfindən belə keçid/düymələrin, eləcə də üçüncü şəxslərin kontentinin istifadəçinin tələblərinə, azərbaycan respublikasının qanunvericilik və bu sazişin normalarına müvafiq olması yoxlanılmır. Bax.tv istifadəçinin bax.tv-dən istifadə prosesində keçid əldə etdiyi üçüncü şəxslərin internet-saytlarında yerləşdirilmiş informasiya, material, həmin saytlarda irəli sürülən fikir və iddialara, reklama, eləcə də belə internet saytların və üçüncü şəxslərin kontentinin əlçatan olmasına, bu məlumatların istifadəçi tərəfindən istifadənin nəticələrinə görə məsuliyyət daşımır.

6.2  müəllif bax.tv-nin xüsusi servislərindən (məsələn sosial şəbəkələr üçün proqramdan) istifadə edərək saytda üçüncü şəxslərin kontentinə dair keçid və ya informasiya yerləşdirə bilər.

6.3  bax.tv-nin servisinin keyfiyyətini yaxşılaşdırmaq üçün üçüncü şəxslərin kontenti keşləşdirilə (müvəqqəti olaraq bax.tv-də saxlanıla) bilər. Baxtv belə informasiyanın keşləşdirilməsinin müddətini azaltmağa səy göstərir, keşləşdirmənin müddəti 7 sutkaya qədər ola bilər.

6.4.  Müəllifin razılığı ilə bax.tv üçüncü şəxslərin saytlarında müəllifin çıxışı olduğu materialları sırf müəllif üçün xidmət servisinin keyfiyyət və həcmini yüksəltmək üçün istifadə edə bilər.

  1. Materiallara qarşı texniki tələblər:

7.1. Müəllif tərəfindən göndərilən materiallar bax.tv-də yalnız sazişin 7-ci bəndində qeyd edilmiş qaydalara müvafiq olduğu halda yerləşdirilir. Materiallar müvafiq tələblərə müvafiq olmadığı halda inzibatçı həmin materialı yerləşdirməyə bilər.

7.2. Video və audio materiallar yayılmış (windows media video, apple quicktime, mpeg 1-4, divx, xvid, 3gp) formatda, davamlılığı 50 dəqiqədən çox olmamalıdır. Səhifədə müəllifin identifikasiyası məqsədilə bu sazişin 5.19 maddəsində göstərilən informasiya da ola bilər.

7.3. Materiallar bax.tv-yə saytın istifadəçi interfeysindən yüklənmə vasitəsilə yerləşdirilir.

  1. Xidmət və müəlliflərin bax.tv-nin yeni servisləri və imkanlarına dair məlumatlandırılmasının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə inzibatçı müəllifin qeydiyyatdan keçərkən göstərdiyi elektron ünvanına bildirişlər göndərmək hüququ var. Göstərilənlərdə üçüncü şəxslərin reklamı olmayacaq və müəllifə 7 gün ərzində bir dəfədən çox bildiriş yollaya bilməyəcək. Sazişin bu maddəsində müəllifin saytdakı fəaliyyətinə dair, yaxud da material və ya informasiyanın yerləşdirilməsinə dair inzibatçının xidməti ismarışları, eləcə də istifadəçi tərəfindən göndərilmiş sorğulara inzibatçının göndərdiyi cavablar bildirişlərə aid deyil. Müəllif istədiyi zaman informasiya ismarışlarının alınma ardıcıllığını dəyişə bilər, və yaxud da müvafiq komandanı seçərək onları almaqdan imtina edə bilər: informasiya ismarışının aşağı hissəsində “bildirişlərdən imtina” keçidindən istifadə edərək müvafiq internet-səhifəyə keçib informasiya ismarışlarının tələb edilən qaydasını təyin etmək və ya gələcəkdə belə ismarışlar almamaq üçün açılan menyunun müvafiq bəndini seçmək lazımdır. Əgər yuxarıda göstərilən addımlardan sonra müəllif yenə də ismarışları əvvəlki ardıcıllıqla alarsa mütləq problemin təsvir edildiyi məktubu inzibatçıya ünvanlamaq lazımdır. Məktub inzibatçının info@bax.tv elektron ünvanına göndərilməlidir.
  2. Saziş istifadəçi və inzibatçı arasında hüquqi cavabdehlik haqqında müqavilədir və bax.tv-nin istifadə şərtlərini, o cümlədən də bax.tv-də yerləşdirmək və gələcəkdə istifadə ediləcək material və informasiyanı müəyyənləşdirir.
  3. Bu saziş üzrə tətbiq edilən hüquq azərbaycan respublikasının hüququdur. Saziş üzrə bütün mübahisələr azərbaycan respublikasının qanunvericiliyi üzrə inzibatçının yerləşdiyi yerin məhkəməsində həll edilir.
  4. Bax.tv-də hər hansı material və/və ya informasiyanın yerləşdirilməsi ilə bağlı inzibatçı və ya üçüncü şəxslərin fəaliyyəti nəticəsində hüququnun pozulduğunu hesab edən şəxs bu barədə inzibatçını xəbərdar etməlidir.
  5. Sazişin qüvvədə olan versiyası saytda https://bax.tv/az/content/35/video-portaldan-isitifade-sazisi.html ünvanındadır. Müəllif bu sazişin bir tərəfli şəkildə inzibatçı tərəfindən xüsusi bildiriş olmadan dəyişdirilməsi ilə razılaşır, sazişin yeni redaktə edilmiş variantı saytdahttps://bax.tv/az/content/35/video-portaldan-isitifade-sazisi.html ünvanında yerləşdirilir. Sazişdə istənilən dəyişikliklər saytda yeni redaktə edilmiş variant dərc edildikdən dərhal sonra qüvvəyə minir. Yeni saziş dərc edildikdən sonra bax.tv-dən istifadə sazişdə olan dəyişikliklərlə razılaşdığını göstərir. Sazişdə baş verən dəyişikliklərlə razılaşmayan istifadəçi bax.tv-dən istifadəni dayandıraraq, saytdakı hesabını ləğv edir. 
  6. Azərbaycan Respublikası hakimiyyət orqanları tərəfindən, saytın fəaliyyətinə tamamən və ya qismən toxunan normativ-hüquqi aktların qəbul edildiyi halda inzibatçı saytın fəaliyyətinə dair istənilən dəyişikliklərin edilməsi hüququnu qoruyub saxlayır.
  7. Zəmanətdən imtina: 

İstifadəçi tamamən dərk edir və təsdiqləyir:

(а)   xidmətləri riski gözə alaraq istifadə edir. Xidmətlər “olduğu kimi” və “hər nə varsa” kimi təqdim edilir. Administrasiya hər hansi zəmanətin olmadiğini xüsusilə qeyd edir. Bura həm ifadə edilmiş, həm də ifadə edilməmiş, eyni zamanda bu və ya digər məqsəd üçün yararli olan xidmətlərin keyfiyyətinə dair zəmanətlər daxildir.

(b) administrasiya (1) xidmətlərin istifadəçilərin tələblərinə müvafiq olacağina, (2) xidmətlərin fasiləsiz, zamaninda, səhvsiz və təhlükəsiz təqdim ediləcəyinə, (3) xidmətlərdən istifadənin nəticələrinin etibarli olacağina, (4) istənilən mallarin, xidmətin, informasiya və ya digər materiallarin və ya istifadəçinin sayt vasitəsilə əldə edilmiş mallarin keyfiyyətinin sizin gözləntilərinizə müvafiq olacağina, (5) proqram təminatinda istənilən səhvlərin aradan qaldirilacağina zəmanət vermir.

(c) istənilən materialin xidmətlər vasitəsilə yüklənməsi və əldə edilməsi istifadəçinin riskə getməsi hesabina başa gəlir, kompüterin siradan çixmasina, məlumatin silinməsinə və digər nəticələrə görə də məhz istifadəçi məsuliyyət daşiyir.

(d) istifadəçinin administrasiyadan yazili və ya şifahi şəkildə alinan heç bir tövsiyə və ya məlumat, cari sazişdə qeyd edilən zəmanətlərdən başqa administrasiyanin üzərinə heç bir məsuliyyət düşmür. 

  1. Məsuliyyətin məhdudlaşdirilmasi: istifadəçi administrasiyanin xəbərdar edilməsinə baxmayaraq istənilən birbaşa, dolayi, təsadüfi, xüsusi, nəticə etibarilə dəyən məsələn əldənçixan fayda, məlumatlarin silinməsi, reputasiyaya dəyən xələl kimi ziyana görə, məsuliyyət daşimadiğini dərk edir və qəbul edir. Bunlar: (1) xidmətlərin istifadəsi və ya istifadəsinin mümkünsüzlüyü, (2) sazişin şərtlərinin dəyişdirilməsi, xidmətlər və ya bağlanmiş sazişlər vasitəsilə alinmiş informasiyanin əvəzində məlumatin əldə edilməsi, (3) istifadəçinin məlumatina çixişa səlahiyyətin olmamasi və ya onun tərəfindən təqdim edilən, serverdə saxlanilan məlumatin dəyişdirilməsi, (4) saytda istənilən şəxsin fəaliyyəti və ya bəyanati, (5) təqdim edilən servisə aidiyyəti olan vəziyyət nəticəsində meydana gəlir.