• Vİdeo İlə pul qazan

“Bax.TV” ilə qazan

“Bax.TV” – video-reklamın yerləşdirilməsi və internet-resurslar tərəfindən trafikin monetizasiyası üzrə xidmətlər təklif edir. “Bax.TV”-nin tərəfdaş proqramı informasiya saytlarına, video blogerlərə, sosial şəbəkələrdə geniş auditoriyası olan şəxslərə video kontentlərini pula çevirməyə imkan yaradır. 

Sadə qeydiyyat şərtləri və əlverişli funksionallıq dərhal gəlir əldə etməyə imkan verir. Biz saytınıza “Bax.TV” pleyerini yükləməyi təklif edirik. Bura videolar və videodan əvvəl, ortasında və ya sonunda nümayiş etdiriləcək reklam yerləşdiriləcək. 

Videonun monetizasiyası saytınızda istifadəçinin hər dəfə video reklamı izləməsindən gəlir əldə etməyə imkan yaradır. Keyfiyyətli kontent yerləşdirin və şəxsi auditoriyanızı formalaşdırmaq üçün onu paylaşın. Video-reklamın baxış sayı artdıqca, əldə etdiyiniz gəlirin məbləği də artacaq.

Biz, saytın kontent səhifəsinə yerləşdiriləcək və istifadəçinin baxış zonasına düşdüyü halda dərhal nümayiş etdirilməyə başlayacaq, nümayişdən dərhal sonra, yaxud da istifadəçi tərəfindən dayandırılan video-reklam formatını təklif edirik.

Tərəfdaş olmaq üçün nə etmək lazımdır?

“Bax.TV” tərəfdaş proqramına daxil olmaq üçün elektron ünvanı qeyd edərək və tərəfdaş proqramının qaydaları ilə tanış olaraq qeydiyyatdan keçmək lazımdır. Bununla yanaşı sosial media hesablarından biri ilə də qeydiyyatdan keçmək də mümkündür. Qeydiyyatdan keçmək üçün bu linklə bizə müraciət edin.

Pul necə qazanılır?

Siz Bax.TV-də kanal yaratdıqdan sonra öz video kontentinizi saytda yerləşdirməklə pul qazanmaq imkanı əldə edirsiniz. İstifadəçilər sizin video kontenti izləyərkən onlara göstərilən video reklamlar (pre-roll, mid-roll və post-roll) sizə pul qazandırır.

Biz video reklamdan əldə olunan qazancı kanal sahibləri arasında bölürük. Nə qədər qazanc əldə etdiyinizi öyrənmək üçün profilinizə daxil olub Gəlirlər bölməsinə klikləyə bilərsiniz.

Siz hər 1000 reklam baxışına müvafiq olaraq 0.60 AZN əldə edirsiniz. Ödənişlər ayda bir dəfə olmaqla yerinə yetirilir. Minimal ödəniş 50 AZN təşkil edir.

Daha çox qazanmaq üçün nə etməli

Daha çox pul qazanmaq üçün keyfiyyətli və populyar video kontent yükləyin. Yüklədiyiniz videolar Bax.Tv-də yayımlandıqda digər informasiya saytları həmin videoları öz saytlarına yerləşdirərək yayırlar. Bu da sizin videonun baxış sayını artırır ki, nəticədə siz daha çox gəlir əldə etmək imkanı qazanırsınız. Siz eləcə də öz videolarınızı sosial şəbəkələrdə paylaşaraq auditoriyanızı genişləndirə bilərsiniz.

Xəbər saytları üçün üstünlüklər

Bax.Tv-də brendləşdirilmiş kanalınızı yaradırsınız. Saytınızda olan bütün videolar bir pleyer vasitəsilə göstərilir. Sizin videolarınızı heç kim silməyəcək və onlar təhlükəsiz formada bir mənbədə toplanacaq. Kanalınızda video reklamlar göstərilən zaman qazanc əldə etmək imkanı əldə edəcəksiniz.