''Mən istəməzdim ki, Azərbaycan müxalifətinin hansısa hissəsi radikal olsun, təəssüf ki, bəzi müxalifət dairələri radikallığı ilə fəxr etmək dərəcəsində səhvə yol verir''.
Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin maüvini Əli Əhmədov deyib.
Müxalifətə səslənən Baş nazirin müavini deyib ki, radikallıq böyük faciə və nöqsandır, cəmiyyətə, dövlətə zərər verir. İndiyədək müxalifətin bəzi təmsilçiləri ilə əlaqədar söylənən tənqidi fikirlərin kökündə də məhz bu dayanır.
Əli Əhmədov onu da bildirib ki, xaricdə yaşayan azərbaycanlıların hakimiyyətlə əməkdaşlıq istiqamətində fikirləri müsbət bir haldır: "O ölkələr siyasi cəhətdən inkişaf edir ki, orda müxalifət ölkənin maraqlarını yüksək tutur və hər hansı xarici qüvvələrin əlində alətə çevrilmir".
Əli Əhmədov əlavə edib ki, radikal müxalifəti xalq tərbiyə etməlidir. Çünki onlar xalqdan səs gözləyirlər. Xalq isə səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir.