44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra müharibə iştirakçılarına bir sıra güzəştlər tətbiq olunub. Belə ki, Prezident İlham Əliyevin 2021-ci il dekabrin 29-da imzaladığı Sərəncamla onlara "Müharibə veteranı" adı, vəsiqəsi və Prezident təqaüdü təyin edildikdən sonra sosial-təminat, əmək hüquqları, eləcə də vergi güzəşti istiqamətində imtiyazlar müəyyən edilib. Millət vəkili Vüqar Bayramov bildirid ki, həmçinin Vətən müharibəsi veteranları ilə bağlı yeni elektron baza formalaşıb ki, onlarla bağlı məlumatlar həmin sistemə yerləşdirilib. Nəticədə veteranlar sosial proqramlardan istifadə edə bilirlər.
Bütün bunlar dövlətin qazilərlə bağlı atdığı müsbət addımlardır. Amma imtiyazların miqyası genişləndirlməlidir. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirdi ki, onlar da şəhid ailələri kimi təhsil haqqından azad olunmalıdır. Nəqliyyatdan isə pulsuz istifadə etməlidilər. Necə ki, vaxtilə ikinci dünya müharibəsi iştirakçıları bu imkanlardan yararlanırdılar. Onlar üçün avtobuslarda xüsusi oturacaqlar ayrılırdı, istirahətləri illik qarşılanırdı. İndi bu işə dövlətlə yanaşı, sahibkarlar və iş adamları da cəlb edilməlidir.
O dövrdə iknci dünya müharibəsi iştirakçılarına nəqliyyat, rabitə və səyahət üçün verilən imtiyazlar:
- İstənilən növ şəhərdaxili nəqliyyatdan, şəhərətrafı qatarlardan, kənd yerlərində isə rayondaxili xətt avtobuslarından pulsuz istifadə olunurdu;
- ekspress və sərnişin xətlərinin birinci kateqoriya oturacaqlarında su, hava və ya şəhərlərarası avtomobil nəqliyyatı ilə ildə 2 dəfə pulsuz gediş-dönüş haqqı vardı;
- bütün növ dəmir yolu, su, hava və avtomobil nəqliyyatı üçün biletlərin növbədənkənar alınması;
- rabitə xidmətləri, ev telefonlarının quraşdırılması, yaşayış binalarının idarəsiz mühafizə siqnalları ilə təchiz edilməsi, həmçinin növbəsiz və pulsuz həyata keçirilməsi.
- Qəhrəmanlar və onların ailə üzvləri - həyat yoldaşı, valideyləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşından yuxarı və 23 yaşınadək uşaqları təhsil hüququna malik idi;
- Aylıq nağd ödənişlər almaq hüququna malik olan qəhrəmanlardan vergi tutulmurdu. Aylıq təyin olunan məbləği təkcə qəhrəmanın özü deyil, ölümündən sonra ailə üzvləri də ala bilirdi.
- xəstəxanalarda pensiyaya çıxana qədər işlədikləri müddətdə bağlı olduqları poliklinikalarda və digər tibb müəssisələrində pulsuz xidmətə malik idilər. Bu güzəştlər qəhrəmanın ölümündən sonra da onun ailə üzvlərinə tətbiq edilirdi;
- onların ailə üzvləri - həyat yoldaşı, valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmayan əlil olan 18 yaşından yuxarı uşaqları ildə bir dəfə sanatoriyaya, dispanserə və ya istirahət evinə pulsuz bilet əldə edirdi;
- sanatoriyalarda, dispanserlərdə və istirahət evlərində bütün növ tibbi yardım, həmçinin yemək pulsuz həyata keçirilirdi;
- qəhrəmanlar onlara reseptlə verilən dərmanlarla pulsuz təmin olunurdu və həmin dərmanlar evə çatdırılırdı;
- protezlər pulsuz istehsal və təmir olunurdu. Lakin qiymətli metallardan hazırlananlar istisna olmaqla;
Mənzil və kommunal xidmətlər
- qəhrəmanlar və onlarla birlikdə yaşayan ailə üzvləri kirayədə qaldıqları təqdirdə ödəniş haqqından azad edilirdi;
- kommunal xidmətlərə, o cümlədən qaz, işıq və su haqlarına 100% endirim olunurdu,
- dövlət və bələdiyyə evlərində, o cümlədən idarə, mənzil fondunda 20 kvadratmetrədək mənzil pulsuz özəlləşdirilirdi;
- dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə fövqəladə və pulsuz mülkiyyət hüququ verilirdi;
- yaşayış binaları pulsuz əsaslı təmir olunurdu.



































