Balakən sakininin evi yandı

  • 14.11.2023
  • 0

Balakəndə beşotaqlı fərdi yaşayış evi yanıb.

Yanğın hadisəsi noyabrın 13-dən 14-ə keçən gecə rayonun Meşəşambul kəndində, kənd sakini Nazim Abdulla oğlu Gəncəliyevə məxsus, ümumi sahəsi 160 kvadratmetr olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 130 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, ev sahibi Nazim Gəncəliyev hazırda Rusiya Federasiyasındadır. O, yaxın günlərdə qız övladının toyuna evə gəlməli idi. 
Yanğın nəticəsində qızın toyuna alınan cehiz də yanıb. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?