Masazırda Zəfər Günü qeyd edilib

  • 03.11.2023
  • 0

Masazır kənd 4 nömrəli tam orta məktəbdə 8 noyabr Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva tariximizin müasir dövrünün bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşımıza yeni hədəflər və prioritetlər qoyduğunu bildirib. İ. Abdullayeva eyni zamanda belə tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Müdafiə Nazirliyinin Şəhid ailələri və qadınlarla iş şöbəsinin müdiri Zümrüd Səmədova torpaqlarımızın şanlı ordumuzun şücaəti sayəsində Ermənistan işğalından azad olunmasından və bundan sonra da şanlı qələbəmizlə bağlı daha genişmiqyaslı tədbirlərin keçirilməsinin önəmindən danışıb.

44 günlük Qarabağ savaşında qəhrəmancasına şəhid olan şəhid Elçin Həsənlinin anası, Abşeron rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın sədri Xatirə İsmayılova çıxışında qeyd edib ki, 44 günlük müharibə, istər Azərbaycan istər dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür.

Tədbirdə “Zəfərimiz Əbədidir” adlı videoçarx nümayiş olunub.

Daha sonra tədbir şagirdlərin ifasinda ədəbi-bədii kompozisiyalar və vətənpərvərlik ruhunda musiqilər ilə davam edib.

REAL

Nə düşünürsən?