Toğrul Hacıyev 1943-cü ildə noyabrın 27-də Bakıda anadan olub. Atası vəkil, anası isə evdar xanım olan ailənin böyük oğlu olan Hacıyev uşaqlıqdan futbola böyük həvəsi olub. 14 yaşında kitab mağazasında işləməyə başlasa da, futbolçu olmaq arzusu onu rahat buraxmayıb. Bu o bu arzunun arxasınca gedərək istəyinə çatır. Amma zədə onun sevgisinə erkən vida etməsinə gətirib çıxarır.
Hacıyev qısa idman karyerasında futbol tariximizdə iz buraxan özəl bir matçın iştitakçısı kimi də yadda qalıb. SSRİ çempionatının B qrupunda yarışmaq hüquqi verən mübarizənin finalında Hacıyev Gəncə (o vaxtlar Kirovbad) "dinamo"çularıyla bakılı həmklublarının oyunuda paytaxt komandasının üzvü kimi meydanda olub. Maraqlı, güzəştsiz mübarizə şəraitində keçən görüşdə hesab açılmayıb və qalib püşk nətucəsində müəyyənləşib. Bəxt gəncəlilərin üzünə güldükdən sonra respublikanın iki eyni adlı klubunun fəaliyyəti məqsədə uyğun sayılmayıb. Beləliklə, Bakı "Dinamo"sunun buraxılmasına qərar verilir. Bəlkə də bu hadisə və karyerasının qaynar çağında aldığı zədə onun futboçu ömrünə son qoyur. Lakin o, bundan sonra da məşqçi kimi uzun illər sevdiyi işlə məşğul olur və burada da tarixi ilkə imza atır. 1971-ci ildə onun məşhur futbolçu Vitali Şevçenkonun atası Viktor Şevçenkoyla birgə rəhbərlik etdiyi yeniyetmələrdən ibarət Azərbaycan seçmə komandası rəsmi ölkə çempionatı sayılan “Ümid” kubokunun qalibi olaraq futbol tariximizdə ilk dəfə fəxri mükafata sahib olur. Həmin yığmannın aparıcı gənc futbolçuları Səməd Qurbanov Və Rəşid Özbəyov isə uzun illər ölkəmizin 1-ci komandası “Neftçi”nin əvəzedilməz oyunçuları olaraq müxtəlif illərdə kapitan sarğısını daşıyıblar.
Daha sonra məsul vəzifələrdə çalışan Toğrul bəy müstəqil Azərbaycanın futbol federasiyasının vitse-prezidenti kimi uzun illər fəaliyyət göstərir.