Mahir Emrelinin yeni klubu bəlli olub. Azərbaycan millisinin üzvü "Dinamo" (Zaqreb) ilə anlaşıb. 24 yaşlı hücumçu Xorvatiya təmsilçisi ilə "1+2" illik müqavilə imzalayıb. Mahir Emreli yeni klubunda da "11" nömrəli formanı geyinəcək.
Qeyd edək ki, hücumçu "Legiya" ilə qarşılıqlı razılıq əsasında yolları ayırıb.