[b]Dünən İspaniya La Liqasının 23-cü turunun "Barselona" - "Atletiko" matçında maraqlı hadisə baş verib. [/b]
Oyunu şərh edən tanınmış jurnalist Pərviz Musayev Azərbaycan premyer-liqası ilə bağlı maraqlı statistikanı tamaşaçıların diqqətinə çatdırıb:
""Səbail"in futbolçusu Cabir Əmirli sürət baxımından unikal göstəriciyə malikdi. Oyunçu "Sumqayıt"la matçda oyunçunun maksimal sürəti 39 km/saat olub".
Azərbaycan premyer-liqasında belə məqamın qeydə alınması rekord göstəricidi. Məsələni dəqiqləşdirmək üçün futbolçunun meneceri Emil Şükürovla əlaqə saxladıq. Tanınmış agentin mövzu ilə bağlı fikirləri belə oldu:
"Cabir Əmirli, 1997 təvəllüdlü cinah müdafiəçisi "Səbail"də çıxış edir. "InStat" analitik platformasının dəyərləndirməsinə görə ən yaxşı 5 oyununu qeyd etmişəm. Müqayisə üçün deyə bilərəm ki,, APL-in ortalama indeksi 228`dir (maksimal ortalama Qarabağ (253), minimal ortalama Səbail (210)).
"Dənizçilər" daha çox 3 mərkəz müdafiəçi ilə oynayır, bu zaman Cabir sağ cinahda yalnız müdafiədə oynamır. O, sürəti hesabına aktiv hücum hərəkətlərinə də qoşulur. "Sumqayıtla" ilk ev oyununda komandasının qələbə qoluna imza atıb. Elə həmin görüşdə də "Səbail"in texniki tərəfdaşı "Fitogethe"in trekerleri matç zamanı maksimal sürəti - 39 km/saat olaraq qeydə alıb. Digər oyunların göstəricilərinə də göz atanda Cabirin bir çox qarşılaşmalarda 32-34 km/saat maksimal sürət yığdığını görmək olar.
Daha bir məqam isə "Səbail" - "Neftçi" (1:3) oyununun ikinci hissəsindəki epizodla bağlıdı. Həmin məqamda Cabirin Lavalla sprinti var. Başlama məqamı yayına tam düşmədiyi üçün dəqiq ölçü aparmaq mümkün deyil, amma ilkin təxmini hesablamaya görə həmin epizodda da hər iki futbolçu 36-39 km/saat sürətə çatıblar".
Maraq üçün qeyd edək ki, bu göstəricidə dünya rekordu 2019-cü ilin avqustunda qeydə alınıb. Libertadores kubokunun 1/4 finalının ilk görüşlərinin "Flamenqo" - "İnternasional" matçında Bruno Enrikenin sürəti 38 km/saat olub. Cabir Əmirli Azərbaycan premyer-liqasında 39 km/saat olubsa, onun dünya rekordçusu olmaması maraq doğuran məqamdı.