“Qara 07” yenə efirdə: Paytaxt küçələrini alt-üst edən “Avtoş”

  • 02.03.2020
  • 0

Xatırlayırsınızsa sizlərə Bakı küçələrində avtoxuliqanlıq edən “Qara 07” haqqında sujetlərimizin birində məlumat vermişdik. Yəni 90 HX 242 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil və onun sürücüsü. Bu gənc də daxil olmaqla gənclərimiz bu təhlükəli maraqlarından əl çəkmir, onlara qarşı aparılan mübarizəni önəmsəmirlər. Dillərinə ölüm sözünü dolasalarda anlamırlar əslində, dərk etmirlər özləri və ətraf üçün saçdıqları təhlükəni. O “dəmir parçası”nın nə canlar aldığını, nəqədər gənclərimizi əlil qoyduğunu. Nə qədər gözü yaşlı analarımız, valideyinlər qaldı arxalarında. Avtomobillərinə etdikləri dəyişikliklərlə şəhərdə necə bir təhlükəni idarə etdiklərinin fərqində deyillər. Bir ana sinənizə iki yumruqla vuraraq “sən aldın balamı məndən” dediyindəmi anlayacaqsız? Avtomobil oyuncaq, qəza reallıqdan uzaq bir düşüncə deyil. Bunların hamısı reallıqdır. Sizin hələ dərk etmədiyiniz reallıq.

Haqqında danışdığımız gənc Bakının mərkəzi küçələrində bir çox cəhətdən istismar qaydaları pozulmuş avtomobil idarə edir və yalnız bununlada qalmayaraq avtomobili idarə edərkən aşkar avtoxuliqanlıq edərək qanunları bir başqa tərəfdən də pozur.

Belə ki, gənc sürücü bir çox hallarda avtomobilin ön və arxa sağ faraları üzərində olmadan yollara çıxır. Nəqliyyat vasitəsinin arxa yayları kəsilərək arxa hissəsi aşağı endirilib, ön hissəsi isə normadan yuxarı qaldırılıb. Təbii ki bu hallar avtomobilin istismar qaydalarının pozulması deməkdir. Bütün bunlardan əlavə olaraq gənc sürücü avtomobili izah etdiyimiz formada şəhər küçələrində idarə edir, nəqliyyat vasitəsini iki təkər üzərinə qaldırır, təhlükəli manevrlər edir, başqa nəqliyyat vasitələri ilə yarışlarda iştirak edir. 

Maraqlısı isə odur ki, sözügedən avtoxuliqan gənc şəhərdə bütün bu qanuna zidd əməlləri edərkən heç bir YPX ilə qarşılaşmır, “Təhlükəsiz şəhər” kameralarında necəsə yayınır. Bütün bunlar paytaxtımızın mərkəzində necə baş verir?

Haqqında danışdığımız “Qara 07” də daxil olmaqla bir çox avtoxuliqanlar özlərinə məxsus və ya ümumi sosial şəbəkə hesaplarında bu əməllərini rahatlıqla paylaşır, görüşlər və yarışlar təşkil etməklə yol verdikləri qanun pozuntularını həmin sosial şəbəkə hesaplarında açtıqları canlı yayımlar vasitəsi ilə yüzlərlə azyaşlı və gənc izləyicilərin izləməsinə şərait yaradırlar. Həmin canlı yayımları izlədikdə qanun pozuntularını açıqca görmək mümkün olur. Bundan əlavə olaraq isə avtoxuliqanların hüquq mühafizə orqanlarından qaçmaq, gizlənmək üçün şəhərin mərkəzi küçələrində ancaq özlərinin bildiyi gizli yerlərinin mövcudluğunu da həmin yayınlar vasitəsi ilə görmək mümkündür.

Bizim YPX.AZ olaraq başlatdığımız bu mübarizədə hüquq mühafizə orqanlarının da avtoxuliqanlıq problemini daha geniş nəzarətə götürməklə daha sərt tədbirlər görəcəklərini ümid edirik.

Nə düşünürsən?