Çempionlar Liqasında qrup mərhələsinin ən gözəl qolları müəyyənləşib. Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər arasında keçirilən sorğunun qalibi “Beşiktaş”ın hücumçusu Cenk Tosun olub. Türkiyə millisinin üzvünün I turda “Porto” ilə səfər qarşılaşmasında uzaq məsafədən vurduğu qol respondentlərin 44% səsini toplayıb. Maraqlıdı ki, Cenk ən yaxın izləyicisi Qaret Beyli 30% səs qabaqlayıb. “Real”ın futbolçusunun Dortmund “Borussiya”sı ilə səfərdə vurduğu top da azarkeşlərin rəğbətini qazanıb. İlk “üçlüy”ü “Atletiko”nun hücumçusu Antuan Qrizmanın V turda “Roma” ilə ev matçında vurduğu qol qapayıb. Azərbaycan çempionu “Qarabağ”ın yer aldığı C qrupunda vurulan daha iki qol ilk “altılığ”a düşüb. Belə ki, “Roma”nın ön xətt oyunçuları Edin Dzeko və Stefan El-Şaaravinin “Çelsi” ilə görüşlərdəki qolları bəyənilənlər sırasında olub. 1. Cenk Tosun (“Beşiktaş”) – 44% I tur. “Porto” – “Beşiktaş” – 1:3 2-ci qol 2. Qaret Beyl (“Real”) – 14% II tur. “Borussiya” – “Real” – 1:3 1-ci qol 3. Antuan Qrizman (“Atletiko”) – 13% V tur. “Atletiko” – “Roma” – 2:0 1-ci qol 4. Sadio Mane (“Liverpul”) – 12% VI tur. “Liverpul” – “Spartak” – 7:0 4-cü qol 5. Edin Dzeko (“Roma”) – 9% III tur. “Çelsi” – “Roma” – 3:3 2-ci qol 6. Stefan El-Şaaravi (“Roma”) – 8% IV tur. “Roma” – “Çelsi” – 3:0 1-ci qol