Azərbaycanda Bədən tərbiyəsi və İdman sahəsi üzrə 2019-cu ilin ən yaxşıları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilmiş tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblərə diplomlar təqdim edilib.
İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə Gimnastika Federasiyası xüsusi mükafata layiq görülüb.
Cüdo federasiyası, İlin ən yaxşı federasiyası adını alıb. İlin yekunlarına görə ən yaxşı komanda üçün ayrılmış mükafat Şahmatçı qadınlara təqdim edilib.
İlin ən yaxşı 11 idmançısı arasında dünya kubokunu qazanmış şahmatçı Teymur Rəcəbov, Teakvandoçu Milad Harçeqani, cüdoçu Rüstəm Orucov və güləşçi Hacı Əliyevin də adı var. Tədbirdə ilin ən yaxşı media nümayəndələrinin də adları açıqlanıb.