Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU

  • Bu gün 20:12
  • 0

Yağışlı hava şəraiti yollarda hərəkəti çətinləşdirməklə yanaşı, yol-nəqliyyat hadisələrinin başvermə riskini də artırır. Belə havalarda asfalt örtüyünün sürüşkən olması, görmə məsafəsinin azalması və əyləc məsafəsinin uzanması sürücülər üçün ciddi problemlər yaradır.

Avtosfer.az xəbər verir ki, xüsusilə yüksək sürətlə hərəkət etmək, ara məsafəsini gözləməmək və nasaz şüşəsilənlərdən istifadə qəza riskini daha da artırır. Mütəxəssislər yağışlı havalarda sürücülərə sürəti azaltmağı, öndəki nəqliyyat vasitəsi ilə məsafəni artırmağı və qəfil manevrlərdən çəkinməyi tövsiyə edirlər. Eyni zamanda, şinlərin vəziyyətinə, əyləc sisteminin işlək olmasına və avtomobilin işıq cihazlarının sazlığına diqqət yetirmək vacibdir. Bəs sürücülər yağışlı havalarda yollarda hansı çətinliklərlə qarşılaşırlar və bu problemlərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Avtosfer.az bu suallara aydınlıq gətirmək üçün sürücülər arasında sorğu keçirib. Sürücülərin qarşılaşdığı çətinlikləri və bu çətinliklərin qarşısını alma cəhdləri bəzi hallarda primitiv üsullar olsa da, müvəqqəti xilasetmə yolları sayıla bilər.

Nə düşünürsən?