Azərbaycanda ilk dəfə amputa klubların çempionatına start verilib.
“Qafqazinfo” xəbər verir ki, artıq çempionatın ilk matçı da baş tutub.
Abşeron Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada “Qarabağ”la “Sumqayıt” üz-üzə gəlib. “Gənclik şəhəri”nin təmsilçisi bu matçdan son dəqiqələrdə vurulan 1 qolla qalib gəlib.
Çempionatın növbəti oyunları qarşıdakı günlərdə keçiriləcək. 4 komanda Qərb zonasını – Gəncə və Tovuzu təmsil edir. 4 komanda isə paytaxt və Sumqayıtdan formalaşıb.
Çempionatın keçirilməsində əsas məqsəd milli komandanı formalaşdırmaqdır. 2020-ci ildə Polşada keçiriləcək Avropa çempionatına vəsiqə qazanan yığma komandamızın oraya yollanması üçün liqanın keçirilməsi təşəbbüsü göstərilib.
Komandaların əksəriyyətinin heyəti Qarabağ qazilərindən təşkil olunub.