Fanat meydana daxil olaraq Messini öpdü

  • 01.11.2017
  • 0

Çempionlar liqasının 4-cü turunun “Olimpiakos”-“Barselona” qarşılaşmasında Lionel Messinin fanatı meydana daxil olub. Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, Messi künc zərbəsi yerinə yetirmək istəyərkən hücumçunun pərəstişkarı ona yaxınlaşıb. Oğlan futbolçusunu qucaqlayıb və öpüb, sonra isə tribunaya qayıdıb. Bu vəziyyətdə mühafizəçilər ilə stadion əməkdaşlarının niyə heç nə etmədiyi məlum deyil. Görüş 0:0 hesabı ilə başa çatıb.

Nə düşünürsən?