Yunanıstanın “Ksanti” klubunun futbolçusu Brito yerli çempionatın AEK ilə oyununda, cərimə zərbəsindən öncə ayağını hakimə sürtdüyü üçün sarı vərəqə alıb. Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, hakim topun ətrafında yox olan sprey vuran zaman futbolçunun butsunu da batırıb. Brito ayaqqabısını hakimə sürtmək istədiyi üçün cəzalandırılıb. Bundan sonra, cərimə zərbəsindən doqquzluğa qol vuraraq futbolçu oyunda hesabı açıb.