Müğənni Şəbnəm Tovuzlu özü ilə bağlı televiziya aparıcılarına səslənib.
“Mənim yox, bir neçə həmkarlarımızın adları çəkilir, suallar verilir. Olur ki, ətrafımızdan deyirlər: “Şəbnəm, niyə məsələn sənin haqqında Nigar xanıma sual verildi, o da səni məsxərəyə qoydu?”
Mən qorxaq insan deyiləm. Bəzən Afət xanım deyir ki, guya Şəbnəm qorxaqdır, amma istəsəm, hər şeyi deyərəm. Bu qorxaqlıq deyil. Mən çox vaxt abırıma bükülürəm, çünki ailədə də elə şeylər görməmişəm ki, hər şeyə sərt reaksiya verim. Mən qorxaq deyiləm, sadəcə hörmət edirəm.
Bu, illərin hörmətidir. Lazım olsa, sözümü zəng edib kənarda hər birinə deyə biləcək insanam. Çox xahiş edirəm, aparıcı həmkarlarım və dostlarım, verilişə gələn qonaqlara verəcəyiniz suallara fikir verin.
Əgər belə davam edəcəksə, onda hər şeyi bitirək, siz məni çağırmayın, mən də gəlməyim. Mən gəlməsəm nə olacaq, verilişiniz baxılmayacaqmı? Siz məni çağırmasanız, nə isə dəyişəcəkmi?
Mən bunu keçən dəfə Zaura da demişəm. Çox vaxt Zümrüd xanıma da, Tolikə də demişəm ki, elə qonaqlar olur ki, onlara verilən suallar çox ağır və kənardan pis anlaşılır. Sanki Şəbnəm cavab verə bilmədi kimi görünür.
Halbuki Şəbnəm sadəcə abırına bükülür və cavab vermir. Ona görə də xahiş edirəm, belə sualları verməyin ki, mənim də əsəblərim tarıma çəkilməsin”.


































