“Qızların əksəriyyəti şəhərə oğlan tutmağa çıxır”

  • Bu gün 09:16
  • 0

Aparıcı Şəbnəm Naibli səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb olub.

Aparıcı zamanla qadın və kişilər arasında münasibətlərdəki yanaşmaların dəyişdiyini bildirib.

Onun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə bu gün qadınlar kişilərlə tanış olmağa daha çox təşəbbüs göstərirlər. Aparıcı bildirib ki, bunu edənlər arasında evli qadınlar da az deyil:

“Əvvəllər oğlanlar qızlarla tanış olmaq üçün onların arxasınca düşürdülər. Bu gün isə qızlar daha çox oğlanlarla tanış olmağa meyillidirlər, küçələr belə hallarla doludur. Bilirsiniz, bunlar daha çox kimlərdir? Evli qadınlar.  Öz ərinə dözə bilməyənlər gedib başqasının ərinin kaprizlərini çəkirlər. Bu, mənim açıq bəyanatımdır.

Bu gün şəhərdə elə qızlar var ki, 4-5 nəfər bir masada otururlar. Yanlarında bir oğlanla əyləşən kimi yan masadan ona elə baxırlar ki, sanki gözləri ilə yeyirlər. Şəhərdə bəzi kafələrə baxsanız, bunu açıq şəkildə görə bilərsiniz. Qızların əksəriyyəti şəhərə çıxır ki, loru dillə desək, özünə oğlan “tutsun”.

 

Nə düşünürsən?