Madridin “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Fransanın “France Football” nəşri tərəfindən “Qızıl top” mükafatına layiq görülüb. Oxu.Az-ın xəbərinə görə, bu barədə nəşrin saytında məlumat verilib. Ronaldo səsvermə zamanı “Barselona”dan Lionel Messi və PSJ-dən Neymarı qabaqlayıb. Ümumilikdə mükafata 30 futbolçu namizəd idi. Qeyd edək ki, bu portuqaliyalı futbolçunun beşinci “Qızıl topu”dur. Mükafatların sayına görə o Lionel Messiyə çatıb.