Sosial şəbəkələrdə Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Çelsi” matçında açılan xoreoqrafiyanın hazırlanması ilə bağlı video yayılıb. Oxu.Az-ın məlumatına görə, xoreoqrafiya “Qarabağ” rəhbərliyinin təşəbbüsü və UNİFEB üzvlərinin dəstəyi hazırlanıb. Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada nəhəng plakatda “The Glorious” (Şərəf “Qarabağ) və “Far away from home but where you belong” (“Evdən uzaq, amma aid olduğun yer”) sözləri yazılmışdı. “Qarabağ” azarkeşləri bununla dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən “Qarabağ”ın doğma yurdundan didərgin düşməsinin mesajını veriblər. Mərkəzi tribunada 20 minə yaxın azarkeş əllərində tutduqları rəngli vərəqlərlə Azərbaycan bayrağının təsvirini də yaradıblar.