"Barselona"nın və İspaniya yığmasının futbolçusu Cerard Pike Kataloniyada keçirilən və qeyri-qanuni elan edilən müstəqillik referendumuna verdiyi dəstəyə görə yaranan söz-söhbətlərə cavab verib. Pike La Liqanın VII turu çərçivəsində keçirilən "Barselona" - "Las Palmas" görüşündən sonra jurnalistlərə açıqlama verib və gözyaşlarını saxlaya bilməyib.