“Olimpik Marsel” klubunun 36 yaşlı müdafiəçisi Patris Evra start fitindən öncə qırmızı vərəqə alaraq tarixə düşüb. Oxu.Az life.ru-ya istinadən xəbər verir ki, hadisə Avropa Liqasının 4-cü turunun Portuqaliyanın “Qimaraynş” və Fransanın “Marsel” klublarının qarşılaşmasından öncə keçirilən məşq zamanı baş verib. Patris Evra öz klubunun azərkeşinin başına təpik ilə zərbə vurub. Məşq zamanı fransız komandasının azərkeşləri Evranı təhqir ediblər. Futbolçu baş verənlərə dözməyərək fanatlara tərəf gedib və onların arasında toqquşma baş verib. Nəticədə futbolçu azərkəşi vuraraq qırmızı vərəqə ilə cəzalandırılıb. Oyun 1:0 hesabı ilə “Qimaraynş”ın xeyrinə başa çatıb.