DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu vəsiqənin sahibi qitələrarası pley-off mərhələsində bəlli olub. Asiya zonasında çıxış edən Avstraliya və KONKAKAF təmsilçisi Honduras mundiala 31-ci vəsiqə uğrunda mübarizə aparıb. Sonuncuların meydanındakı ilk görüşdə qalib müəyyənləşməsə də, Avstraliya yığması evdə cütün taleyini xeyrinə həll edib. “Yaşıl qitə” təmsilçisi 3:1 hesablı qələbə ilə DÇ-2018-ə vəsiqə qazanıb. Bütün qollar 2-ci hissədə vurulub.