Əlilliyi olan şəxslərin özünəməşğulluğuna dəstək artırılır..
Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının birgə layihəsi çərçivəsində fiziki məhdudiyyətli yüzlərlə şəxsə kiçik biznes qurmaq imkanı yaradılır.
Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin sektor müdiri Fərid Cəfərov qeyd edib ki, təlimlərin yekununda biznes ideyaları səmərəli olanlara dəstək tədbirləri həyata keçiriləcək
Biznes layihələr təhlil edilərkən onun regiona uyğunluğu da nəzərə alınan amillər sırasında olacaq.Əgər təklif edilən layihə bölgəyə uyğun deyilsə, o zaman onun həyata keçirilməsi mümkün olmayacaq.
Layihədə iştirak etmək üçün müraciətlərin qəbulu artıq yekunlaşıb. Təlimlərə oktyabrin əvvəlində başlayacaq. Təlimlərin bir aydan çox davam edəcəyi gözlənilir. Sözügedən layihənin ilin sonunda yekunlaşacağı planlaşdırılır.