Bir çox insan koronavirusu asimptomatik olaraq keçirdiyindən virusa yoluxduğundan xəbərsiz olur. Məhz bu cür insanları müəyyən etmək və onların orqanizmində virusa qarşı müqavimətin hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün gələn həftədən seroloji testlərin keçirilməsinə başlanacaq. Bu barədə TƏBİB-in mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova XəzərXəbər-ə danışıb. Gələn həftədən Azərbaycanda keçiriləcək seroloji testlər koronavirusla bağlı daha effektiv mübarizə aparmağa kömək edəcək. Bunu XəzərXəbər-ə müsahibəsində TƏBİB-in mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib. Onun sözlərinə görə, könüllü olaraq keçiriləcək testlər 18-65 yaş arası insanları əhatə edəcək. Qumral Ələkbərova bildirir ki, testlərin keçirilməsi eyni anda bir sıra istiqamətlər üzrə dolğun məlumat almağa imkan verəcək. Onu da qeyd edək ki, 18-65 yaş qrupunu əhatə edəcək testlər Almaniya istehsalıdır. Avropa və dünyanın digər ölkələrinin təcrübəsi göstərir ki, bu test nəticlərinin yalnış olma ehtimalı sıfıra bərabərdir. Seroloji test nəticəsində koronavirus infeksiyasını simptomsuzkeçirdiyi aşkar edilən şəxslər, aktiv COVİD -19 xəstələrinin müalicəsinə kömək məqsədilə könüllü şəkildə donor ola bilərlər.