Ötən gün Bakıda qeyri-adi hadisə baş verib. Taksidə uşaq dünyaya gəlib. Belə ki, 9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbiylə yolda olarkən təbii doğuş baş tutub və qadın övladını avtomobildə dünyaya gətirib. Taksinin sürücüsü dərhal yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb. Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır. Taksidə uşaq dünyaya gəldi. Qeyri-adi hadisə Bakıda İsgəndərovlar ailəsinin başına gəlib. Xətai rayonunda yaşayan ailənin gəlini 9 aylıq hamilə olub və ötən gün doğum sancıları başladığından "189" taksi xidmətindən maşın sifariş edərək xəstəxanaya getmək qərarına gəliblər. Əvvəlcədən müəyyən etdikləri xəstəxana Yasamal rayonunda olsa da, taksi sərnişinləri oraya çatdırmamış elə taksidəcə qız uşağı dünyaya gəlib. Çəkisi 3 kiloqram 700 qram olan körpə nənəsinin qucağında dünyaya gəlib. 7 saylı Doğum Evinə yerləşdirilən ananın və körpənin vəziyyəti yaxşıdır. Valideynləri bunun onlar üçün unudulmaz hadisə olduğunu bildirirlər. Ailənin ikinci övladı olan körpəyə Fatimə adı qoyulub. Taksi şirkətindən bildirilib ki, ailəyə bir illik pulsuz gediş hədiyyə edilib. Həmçinin, sürücü də mükafatlandırılıb və uşağı xəstəxanaya çatdırmaq üçün onun etdiyi qayda pozuntularına görə tətbiq olunan cərimələri şirkət ödəyib.