Ən yeni məlumatlar, maraqlı videolar və son xəbərlər! "Toylar kütləvi tədbirlərdir və Nazirlər Kabinetinin qərarında kütləvi tədbirlərə icazə verilmir”. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib. O bildirib ki, açıq havada fəaliyyət göstərən iaşə obyektlərində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilmir: "Toylar kütləvi tədbirlərdir və Nazirlər Kabinetinin qərarında kütləvi tədbirlərə icazə verilmir. Həmçinin, belə tədbirlər zamanı maskadan istifadə, sosial məsafə qaydalarını qorumaq çətin olur”. Röya İsrafilova Yeni Kanal