Goranboyda idarəetmədən çıxan avtomobil ağaca çırpılıb. Nəticədə 2 nəfər dünyasını dəyişib. Digər qəza isə Bakı-Qazax avtomagistralının Hacıqabuldan keçən hissəsində baş verib. Avtomobil dəmir arakəsməyə çırpılıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib Goranboyda minik maşını ağaca çırpıldı, 2 gənc dünyasını dəyişdi Hadisə Goranboy-Ağcakənd yolunun rayonun Səfikürd kəndindən keçən hissəsində baş verib. Yoldan çıxanavtomobil söyüd ağacına çırpılıb. Nəticədə avtomobil bir neçə hissəyə bölünüb. Qəza nəticəsində 27 yaşlı Samir Xanlarov hadisə yerində dünyasını dəyişib. 20 yaşlı Əli Məmmədov isə ağır bədən xəsarətləri ilə Goranboy rayon mərkəzi xəstəxanasına aparılıb. Daha sonra yaralı həmin xəstəxanadan Gəncədə yerləşən tibb ocaqlarından birinə göndərilib. Reanimasiya şöbəsinə yerləşdirilən Əli Məmmədovunhəyatını xilas etmək mümkün olmayıb. Hacıqabulda da ağır yol qəzası baş verib. Hadisə təmir işləri aparılan yolda qeydə alınıb. Belə ki, Bakı-Qazax avtomagistralının Nəvahi kəndi ərazisindən keçən hissəsində Sabirabad rayon sakini, 28 yaşlı Orxan Qiyaslıidarə etdiyi meyvə yüklü avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dəmir arakəsməyə çırpılıb. Nəticədə sürcü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Baş Dövlət Yol polisi idarəsi tərəfindən araşdırma aparılır.