Koronovirus pandemiyası başlayandan bəri ilk dəfə məktəbli bazarında canlanma yaşanır. Çünki cəmi iki gün sonra bir sıra qadağalarla da olsa məktəblərdə yeni dərs ilinin ilk zəngi çalınacaq. Xezerxeber.az-ın məlumatına görə, bununla əlaqədar olaraq valideynlər məktəb ləvazimatları satılan mağazalara axın edir. Satıcılar satışların artdığını deyirlər. Məktəblərin açılmasına isə həm şagirdlər, həm də valideynlər sevinir. Onlar hesab edirlər ki, həftədə iki dəfə də olsa keçiriləcək əyani dərslər şagirdlərin nizam-intizamına yaxşı təsir edəcək. Qeyd edək ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq. Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant, V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant, X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant formalarda başlayır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: