AZ
Video yüklə

Sentyabrda məktəblər açılacaq? - Operativ Qərargahdan AÇIQLAMA

2 326 baxış Son xəbərlər
"Təhsil müəssisələrinin açılması ilə bağlı məsələ araşdırılır və öyrənilir. Digər ölkələrin təcrübəsinə də müraciət edilir”.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən ictimai müzakirələr çərçivəsində bu məsələ kompleks şəkildə müzakirə olunur :

"Yekdil qərar barədə danışmaq tezdir.Bu, epidemiloji vəziyyətlə bağlı olan bir sahədir. Təhsil müəssisələrinin açılması bağlı məsələyə baxılmaqdadır”.

Röya İsrafilova Avrasiya TV

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.