Axşam saatlarında dəhşət: Yanğın daha da böyüyür

  • 30.04.2024
  • 0

Buryatiyanın paytaxtı Ulan-Udedə baş verən yanğın 20 ev və yardımçı tikiliyə ziyan vurub və genişlənməkdə davam edir.

32gun.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalı məlumat yayıb .

“Yanğın 20 yaşayış binasına və yardımçı tikililərə keçib. Rusiya Fövqəladə Hallar Nazirliyi qüvvələrini və resurslarını artırır. Hadisə yerində 70-dən çox insan və 19 texnika işləyir”, - deyə fövqəladə hallar xidmətinin məlumatında bildirilib.

Yenilənmiş məlumatlara görə, yanğın 10 min kvadratmetr ərazini əhatə edib.

Nə düşünürsən?