Tanınmış meyxanaçı Pərviz Bülbülə səhnə aldığı məkanların birində maraqlı anlar yaşayıb.
32gun.az xəbər verir ki, sənətçiyə yaxınlaşan bir fanatın hərəkəti onun qeyri-adi reaksiyasına səbəb olub. Belə ki, gənc fanat Pərviz Bülbüləyə yaxınlaşarkən cibindən qəfil şəkildə telefon çıxarıb. Bu an meyxanaçı telefonun bıçaq zənn edilməsi ehtimalı ilə təəccüblü reaksiya verib.
Hadisə anbaan lentə alınıb və görüntülər sosial şəbəkələrdə yayılaraq qısa müddətdə viral olub. İzləyicilər Pərviz Bülbülənin reaksiyasını əyləncəli hesab edərək gülüşlə qarşılayıblar.
Sözügedən görüntüləri təqdim edirik: