“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu üzə çıxıb
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin vergi orqanlarına böyük məbləğdə borcu yaranıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, qurumun dövlət büdcəsinə vergi borcu 24 milyon 686 min 118 manat 25 qəpik təşkil edir.
Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub.
Ayaz