Milli Məclisin deputatı Fazil Mustafa Naxçıvan şəhərində yerləşən “Book-kafe” adlı məkana baş çəkib.
32gun.az xəbər verir ki, O, bu barədə sosial şəbəkə hesabında paylaşım edərək, kitab mühitini təbliğ edən belə məkanların şəhərlərdə mövcudluğunu vacib saydığını bildirib. Deputat həmçinin tarixçi alim Sevinc xanıma öz kitablarından bir qismini hədiyyə etdiyini qeyd edib.
Fazil Mustafa paylaşımında yazıb:
"Bu gün Naxçıvan şəhərində “Book-kafe” (“Kitab-kafe”) deyilən məkana baş çəkdim. Şəhərlərimizdə kitab mühitini təbliğ edən bu cür şəbəkələrin olmasını vacib sayıram. Tarixçi alim Sevinc xanıma kitablarımızdan bir qismini hədiyyə etdim."
Oxucular üçün maraqlı sual yaranır: Sizcə bu paylaşım reklam xarakterlidir, yoxsa kitab təbliğinə yönəlib? Deputat özünü tanıdır, yoxsa maarifçilik missiyası yerinə yetirir? Bu kimi təşəbbüslər cəmiyyətin oxu mədəniyyətinə nə dərəcədə təsir edir? Rəylər bölməsində fikirlərinizi bildirə bilərsiniz.
Nilay