Bakıda daha bir anormal hadisə - Vəzifəli şəxsin qapısı qarşısında

  • 30.11.2018
  • 0

Bakının Nəsimi rayonunun Vaqif prospektindəki evlərdən birində baş verən sirli hadisənin yeni təfərrüatı məlum olub. 

Oxu.Az xəbər verir ki, “1news.az”ın redaksiyasına həmin evin sahibi olan iş adamının qızı müraciət edib. 

Onun sözlərinə görə, blokda yerləşdirilmiş təhlükəsizlik kamerasındakı qeydləri izləyərkən məlum olub ki, qızdan başqa, oğlan uşağı da naməlum kişi və qadının müşayiəti altında qapıya yaxınlaşaraq, təzim edib.

Qız bununla bağlı polisə müraciət edib. 

Xatırladaq ki, naməlum ailə gecə vaxtı iş adamının qapısına gəlib. Ata, ana kənarda duraraq, övladlarını qapıya göndəriblər. Uşaqlar isə çox qəribə şəkildə qapının önündə təzim ediblər. Daha sonra ailə həmin qapıdan uzaqlaşıb. 

Nə düşünürsən?