NASA Yer üçün ən təhlükəli asteroid olan Bennunun videosunu paylaşıb. FaktXeber.com-un verdiyi məlumata görə, rolik iki il ərzində 2 milyard mildən artıq yol gedən planetlərarası OSIRIS-REx stansiyasının yardımı ilə çəkilib. Sözügedən stansiya bir il asteroidin öyrənilməsi ilə məşğul olacaq, sonra isə ordan qrunt nümunələri götürərək Yerə qayıdacaq. Onun qayıdışı 2023-cü ilin sentyabr ayına planlaşdırılıb.
Qeyd edək ki, səma cismi 2013-cü ildən Yer üçün ən təhlükəli obyekt adını alıb. Bundan əvvəl bu titulu Apofis asteroidi daşıyırdı.