Azərbaycanlıların toy korteji təhlükəli anlar yaratdı

  • 04.12.2018
  • 0

Rusiyanın Petrozavodsk şəhərində azərbaycanlıların olduğu toy korteji bütün yol hərəkəti qaydalarını pozaraq təhlükəli anlara səbəb olub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə noyabrın 26-da baş verib. Belə ki, kortej işıqforun qırmızı işığında yolu keçib, digər maşınların qarşısını kəsib və az qala piyadaları vuracaqdı.

Təhlükəli manevrlər şəhərin müşahidə kameralarına düşüb.

Kortejin iştirakçılarından biri Kareliya Respublikası gənclər parlamentinin 18 yaşlı azərbaycanlı deputatı Seymur İsmayılov olub. Onun instagramda paylaşımından sonra hadisədən xəbər tutulub. Daha sonra gənc vəzifəsindən azad edilib.

Kortejin ümumilikdə altı sürücüsü 100 min rubl (2500 AZN) məbləğində cərimə edilib.