Fransa höküməti ölkəyə dəyən ziyanın məbləğini açıqladı

  • 04.12.2018
  • 0

Fransa qarşıdurmalarında son 3 gündə 1300-dən artıq  insan xəsarət alıb. Onlardan 39-u ağır yaralar alıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə  Fransa DİN rəhbəri  Kristof  Kastaner  bəyan edib.

Fransada yanacağın qiymətinin artması və vergilərin artırılması əleyhinə keçirilən aksiyada «Sarı jiletlilər» parlament üzvlərinə  qarşı hədələrlə çıxış edib, onlara və dövlət məmurlarına qarşı hücumlar həyata keçirilib, bəzi prefekturalara hücumlar olub, bir qismi dağıdılıb.

Milli Cəbhə partiyasının lideri  Marin Le Pen  Emmanuel Makronu  sərt iqtisadi  islahatlardan çəkinməyə çağırıb. Məhz bu hadisələr  Fransada qarşıdurmalara səbəb olub. Bu səbəbdən hətta Makron  Serbiyaya  rəsmi  səfərini təxirə salmalı olub.

Hazırda  təkcə «sarı jiletlilər» yox, həmçinin  sağçı və radikal solçular, həmçinin məktəblilər etiraz edir.

Hökumət dəyən zərəri hesablayır. İlkin məlumatlara görə, nümayişlər ölkəyə 3 milyon avro zərər vurub.

Nə düşünürsən?