Hindistanda qatar onlarla insanı əzib - Bayram faciəyə çevirilib

  • 20.10.2018
  • 0

Hindistanda qatarın altında qalaraq ölən insanların sayı 60-a çatıb. 

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində 70-dən çox adam xəsarət alıb. 

Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır kimi dəyərləndirilir.

19.36

Hindistanda qatar onlarla adamı vuraraq öldürüb. 

Oxu.Az İndia.TV-yə istinadən xəbər verir ki, hadisə Daşar bayramı ilə əlaqədar keçirilən tədbirlər zamanı baş verib.

İstisna deyil ki, insanlar yanan fişənglər üzündən dəmir yolu xəttinə çıxıblar və bu zaman qatar altında qalıblar. Digər versiyaya görə, onlar bayram şənliyini dəmir yolu xəttində duraraq izləyiblər.

Nə düşünürsən?