Bu da Zabrat aeroportu - ƏTRAFLI

  • 15.10.2018
  • 0

“Bircə onu istəyirəm ki, uçuşlarımızın sayı enişlərimizlə eynilik təşkil etsin!”  

Məncə, bir pilotun kolleqalarına arzu edə biləcəyi bundan təsirli ikinci belə istək yoxdur. Bir deyim də var ki, onlar uça bilən hər bir şeydə uçurlar, hətta uça bilməyənlərdə də uçmağı bacarırlar. 

Aviasiya sahəsində çalışan insanların öz dünyası var, tamam başqa bir dünya. Bunu yarım günlük müşahidəmdən sonra daha əminliklə deyə bilərəm. 

İnsan övladına bəxş edilməyən uçmaq xüsusiyyətinə sahib olmaq onlara ayrı bir rahatlıq, azadlıq və özgüvən qatıb. İstər söhbətlərindəki incə yumorda, istərsə də təpədən dırnağa bütün hərəkət və mimikalarında bu azadlığı oxumaq olar.

Biz sadə vətəndaşların ən yaxşı halda ildə bir-iki dəfə təyyarə ilə uçub göydən yerə baxmaq şansımız olur. Ancaq vertolyotla demək olar, hər gün uçub, iri pəncərələrindən açılan mənzərəni ovcunun içində hiss etmək, onu quşbaxışı izləmək hər kəsə nəsib olmur.

Odur ki, biz də “Qafqazinfo” olaraq bu dəfə yolumuzu çoxunun ünvanını belə bilmədiyi “Zabrat Hava Limanı”ndan saldıq.

Nə düşünürsən?