Dünyanın ən güclü silahını alırıq - ƏTRAFLI

  • 11.10.2018
  • 0

Azərbaycan Silahlı Qüvvələri öz arsenalını dünyanın ən güclü snayper silahı ilə gücləndirib. Oxu.Az xəbər verir ki, bu, “Aerotek” şirkəti tərəfindən hazırlanan və Cənubi Afrikanın “Denel” şirkətinin “Mechem” bölməsi tərəfindən istehsal edilən genişçaplı “Mechem NTW-20” (Denel NTW-20) snayper silahıdır.

Silah Azərbaycan Müdafiə Nazirliyinin bölmələrinin qış mövsümünə hazırlığının yoxlanılması ilə bağlı yayımladığı foto-hesabatında görünüb.

Silah prioritet hədəflərlə mübarizə üçün nəzərdə tutulub: raket kompleksləri, peyk antenaları, radiolokasiya stansiyaları, dayanacaqdakı təyyarələr və helikopterlər, yüngül zirehli texnikalar.

Kompleksə iki əvəzli barel daxildir:

- Birincisi, 20 × 83,5 millimetrlik güllələrlə atəş üçün nəzərdə tutulub. Silahın çəkisi 0,112 kq, lülə enerjisi 29,03 kqm-dir. 

- İkinci barel 14,5 × 114 mm güllələrlə atəş üçün nəzərdə tutulub. 20 × 83,5 millimetrlik güllələr “PMP/Denel” şirkəti tərəfindən hazırlanır.



Nə düşünürsən?