Qasırğanın vurduğu şəhərdə qarətlər başlayıb

  • 17.09.2018
  • 0

ABŞ-da "Florens" qasırğasının ən ağır və ciddi fəsadlar törətdiyi Uilminqton şəhərində onlarla dükan qarət olunub.

Milli.Az ABC-yə istinadən bildirir ki, Şimali Karolina ştatında dükanlardan birinin qarət olunduğu anları yerli WECT telekanalının reportyor qrupu çəkib.

"Family Dollar" marketinə hücum edən yerli sakinlər ticarət məkanını yağmalayıblar.

Polisdən verilən məlumata görə, qarətçilərdən 5 nəfərin kimliyi müəyyənləşdirilib və onlar həbs olunub.

Onlarla şəxs axtarışdadır.

Həmin şəxslərin əksəriyyəti Hyuston Murun sakinləridir.

WECT-in reportyoru Çelsi Donovan deyib: "Operatorla birlikdə Qrinfild-Stritdəki dükana yaxınlaşanda oranın qarət olunduğu gördüm. Yerli sakinlər əllərində kisə, çanta nə gəldi, götürüb aparırdılar. Bizi görəndə qaçmağa başladılar".

Nə düşünürsən?