ABŞ-da qaz fəlakəti: 3 şəhərdə 70 bina partlayıb yandı

  • 14.09.2018
  • 0

ABŞ-ın Massaçusets ştatında, Boston şəhərindən şimalda, üç şəhərdə böyük yanğın olub. Yanğında 70 ev partlayıb və yanıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, yanğının səbəbi "Columbia Gas" şirkətinə məxsus qaz boru kəmərləri şəbəkəsindəki sızıntılardır.

Partlayış və yanğınların baş verdiyi Lourens, Andover və Şimali Andover şəhərlərinin sakinlərinə təcili təlxiyə təklif olunub. Bundan başqa, yerli sakinlərə qısa qapanmalara və yanğınlara səbəb olmamaq üçün elektrikdən istifadə etmək, eletrik məişət avadanlıqlarından, telefon və smartfonlardan istifadə etməmək təklif olunub.

Nə düşünürsən?