Biləyə taxılan smartfon təqdim edilib

  • 04.09.2018
  • 0

Çin şirkəti biləyə taxılan smartfon və "ağıllı" saatın hibridi olan cihazını təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "ZTE" şirkətinin törəmə brendi olan "nubia" qol saatı formasında hazırlanmış smartfonunu təqdim edib. "nubia-α" adlı cihaz yaxın vaxtlarda bazara çıxarılacaq.
 
Cihazdan adi smartfon kimi istifadə etmək olar: zəng etmək, SMS göndərmək, internet və sosial şəbəkələrə daxil olmaq, şəkillər çəkmək (kəmərə kamera quraşdırılıb). "Android" əməliyyat sisteminin idarəetməsi altında işləyən aparatın arxa tərəfində pulsometr quraşdırılıb.
 
Şirkət nümayəndəsi bildirib ki, cihaz, demək olar, tam hazırdır və yaxın vaxtlarda təqdim ediləcək.

Nə düşünürsən?