Malkolm X-in Amerikanın ikiüzlü siyasətinə MÖHTƏŞƏM CAVABI

  • 17.08.2018
  • 0

Müsəlman siyasətçi və insan hüquqları müdafiəçisi Malkolm X 1963-cü ildə müsahibə verib. Müsahibəsində ABŞ-ın ikiüzlü siyasətini cəmi bir neçə cümlə ilə ifşa edən Malkolm insanı heyrətdə buraxır.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, müxbir Malkolm X-ə qəribə bir sual ünvanlayır.

"Cənab X, siz öz hərəkatınızı müsəlman bir təşkilat olaraq təqdim edirsiniz və bildirirsiniz ki, bu da yanlış anlaşılmanıza gətirib çıxarır. Sizə bir bəsit sual ünvanlaya bilərik? Bütün ağ adamlara nifrət edirsiniz?

Malkolm X: "Bu sualı ədalətli hesab etmirəm. Ağ insanlar mənim onlara münasibətimin səviyyəsinə hələ yüksəlməyiblər. Peyğəmbərimiz Məhəmməd(ə) bizi insanları sevməyi öyrədib. Bu gün bir ağ adamın Afrikadan milyonlarla qaradəril insanı qaçırdıb, onlardan bütün insanı duyğuları istismar və ürəkləri istədikləri kimi alıb sataraq heyvan, əşya sinifinə daxil etdikdən, İstiqaliyyət Bəyamnaməsindən düz 100 il sonra da ikinci dərəcəli vətəndaşlıq adı altında kölə kimi istifadə etmək üçün hər cür aldadıcı yolu sınadıqdan sonra gəlib bir qaradərilidən onlara nifrət edib-etməməsini soruşmaq üçün nə qədər abırsız olmaq lazımdır."

Nə düşünürsən?