Rumıniya çalxalanır: diaspor siyasətə qarışdı - TƏFƏRRÜATLAR

  • 11.08.2018
  • 0

Rumıniyanın paytaxtı Buxarestdəki etiraz aksiyalarının 460 iştirakçısı müxtəlif formada və ağırlıqda bədən xəsarətləri alıblar. 2 jandarm xəstəxanaya aparılıb.

Milli.Az European-a istinadən bildirir ki, dünən axşam saat 19 radələrində başlanmış nümayişdə aksiya iştirakçıları ilə polis arasında toqquşmalar olub. Yürüşçülər Rumıniya hökumətinin binasının önündəki metal səddi yarmaq üçün dəfələrlə cəhd göstəriblər. Polisə fişənglər, butulkalar, daşlar atılıb.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz qumbaraları və su şırnaqları tətbiq edib.

Rumıniya Jandarmeriyasının yaydığı məlumatğa görə, Hökumət evinin qarşısındakı meydana yığışanlar radikallığı ilə tanınan bir sıra ictimai qrupların mənsubları, habelə futbol klublarının fanatları olublar.

Müxtəlif məlumatlara görə, Viktoriya meydanəna və ətrafdakı bulvarlara təxminən 100 min insan toplaşmışdı. Onlar hökumətin istefasını tələ ediblər.

"Viktoriya meydanı" metro stansiyası qapadılıb.

Rumıniyanın Kluj, Sibiu, Braşov, Timişoara, Oradya, Yassı, Konstansa, Bakeu və s. şəhərlərində də etiraz aksiyaları keçirilib.

Viktoriya meydanındakı eğtiraz aksiyasına Fransa, İtaliya, İsveç, Almaniya, Norveç, ABŞ və digər ölkələrdə yaşayan rumınlar da qatılmışdılar.

Mitinq iştirakçıları hökumətin istefasını, parlamentin buraxılmasını, vaxtından əvvəl seçkilərin keçirilməsini, ədliyyə və məhkəmənin müstəqilliyini, 300 senatordan ibarət birpalatalı parlamentin yaradılmasını, elektron seçki sisteminin yaradılmasını tələb edirlər. 300 senatorun 100 nəfəri diaspor nümayəndələri olmalıdır.

Rumınlar ölkədəki vergi sistemindən, təqaüd islahatlarından, sosial yardım sistemindən narazıdırlar. Onlar iqtisadiyyatın, sahibkarlığın, kənd təsərrüfatının inkişafını tələb edirlər.


Nə düşünürsən?