15 yaşlı qız ali məktəb tələbəsi olub

  • 25.09.2020
  • 34 baxış
  • 0

Dövlət İmtahan Mərkəzi bu il ali məktəbə qəbul olan ən gənc tələbənin adını açıqlayıb. Bu, Yevlax şəhər 3 saylı tam orta məktəbin məzunu Aynur Bəxtiyarovadır. Xezerxeber.az-ın məlumatına görə, 2005-ci il iyunun 1-də anadan olan Aynur 317 balla ali məktəbə daxil olub. O, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alacaq. Onun orta məktəbi belə tez bitirməsinə səbəb özündən yaşca böyük olan bacısı ilə eyni vaxtda dərsə getməsidir. Aynur Bəxtiyarova deyir ki, humanitar fənlərə marağı böyük olduğundan məhz 3-cü ixtisas qrupunu seçib. Ən yaxşı oxuduğu fənn Azərbaycan dili və ədəbiyyat olub. Daha bir sevindirici məqam isə bacısının da bu il tələbə olmasıdır. Onun orta məktəb müəllimlərindən biri Səkinə Səmədova isə bildirir ki, Aynur şagird olduğu dövrdə təkcə savadı ilə deyil, nizam-intizamı ilə də seçilib. Aynurun bundan sonrakı hədəfi universiteti yüksək göstəricilərlə başa vurub, təhsil aldığı ixtisas üzrə müəllim işləməkdir. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, tələbə adını qazanan ən yaşlı şəxs 1971-ci il təvəllüdlü qadındır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?