Qızılın qiyməti ucuzlaşır

  • 24.09.2020
  • 15 baxış
  • 0

Analitiklər əlvan metalda qiymət enməsini müvəqqəti hesab edir Bu gün qızılın bir unsiyası yəni 31 qramı 1,858 dollara satılıb. Bu isə ötən gündən 4 dollar, təxminən 0,22 faiz aşağıdır. Ümumilikdə pandemiya dövründə rekord səviyyədə bahalaşan bu qiymətli metalda son bir ayda davamlı enmə müşahidə edilir. Qiymət cədvəlinə nəzər salsaq bir ayda 4,6 faiz ucuzlaşma olub. Halbuki son yarım ildə qızıl 14 faiz dəyər qazanıb. Bir ildə bu rəqəm 23, 5 ildə 62 faizdən çoxdur. Son 20 ildə isə əlvan metaldakı artım tempi göz qamaşdırır - təxminən 6 dəfə yaxud 1589 dollar bahalaşma. Analitiklərin fikrincə qızılın qiymətinə təsir edən əsas amillərdən biri dolların digər valyutalar qarşısındakı kursudur. Yəni dolar gücləndikdə qızılın qiymətinə mənfi təsir edir. Son həftələrdə uzun müddətli düşüşdən sonra amerika valyutası dəyər qazanmağa başladı ki, nəticədə bu, qızılı bir qədər ucuzlaşdırdı. Digər səbəb isə bazarlardakı ciddi dalğalanmalardır. İnvestorlar səhm bazarındakı itkilərini bağlamaq üçün qiymətli metalları sataraq nağd vəsaitə çevirir. Son bir neçə həftədə səhm bazarlarında olan kütləvi satışlar qızılın qıymətinin düşməsinə gətirib çıxaran ikinci amil olub. Lakin mütəxəssislər hesab edir ki, qızılın qiymətindəki enmə müvəqqətidir. Çünki bu əlvan metala investisiya vasitəsi kimi tələb yaradan əsas amillərdə ciddi dəyişiklik olmayıb.

Nə düşünürsən?