Valyutadəyişmə məntəqələrinin sayı niyə azdır?

  • 09.06.2023
  • 0

“Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlandı. Sadə mexanizm ləğv olundu, hazırda isə qara bazar fəaliyyət göstərir. Yenidən 90-cı illərə qayıtmışıq”.

Bunu Milli Məclisin bugünkü iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, Azərbaycanda olan turistlər valyuta dəyişməyə çətinlik çəkirlər. Buna səbəb isə valyuta dəyişmə məntəqələrinin sayının az olmasıdır.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, 2015-2016-cı illərdə dövriyyədə olan nağd pul kütləsinin çoxluğunun yaratdığı sperkulyasiya təhlükələri Mərkəzi Bank tərəfindən çıxış yolu kimi valyuta məntəqələrinin sayının kəskin azaldılmasına səbəb olub. 

Ekspert qeyd edib ki, nağd pulun dəyişdirilməsi “Banklar haqqında qanun”a uyğun olaraq, banklar, onların filialları və yalnız 5 lisenziya almış hüquqi şəxs tərəfindən həyata keçirilə bilər. 

İqtisadçı onu da qeyd edib ki, istənilən hüquqi şəxs “Valyuta tənzimlənməsi haqqında qanun”un şərtlərinə uyğun olaraq, Mərkəzi Bankdan valyuta mübadiləsinin həyata keçirilməsinə dair lisenziya alıb, bu istiqamətdə öz fəaliyyətlərini təşkil edə bilər.

Nə düşünürsən?